Sənin adın Dənizdir () — bəstəkar Firəngiz Əlizadənin qısa kamera operası. Libretto bəstəkarın özünə məxsusdur.
Tarixçə İlk tamaşa ABŞ-də Houston Grand Operada 2011-ci ilin may ayının 25-i göstərilib. Dənizi Hyuston operasının sopranosu Laura Botkin, onun atasını isə Amerikan baritonu Con Pakkard ifa ediblər. Seymur rolunda Azərbaycan tenoru Babək Niftəliyev, onun anasının rolunda isə Mələkxanım Əyyubova çıxış ediblər.
Məzmun Bu, okeanı keçən mədəniyyətlər və dillərarası böyük sevgini iki musiqi gücü köməkliyi ilə anlatan operadır: bir yandan gənc Amerikan rəssamı Dənizin və atasının hekayəsindən söz açan Qərbi simli kvratet və fleyta, o biri yandan isə gənc Azərbaycan müğənnisi Seymur və anasının hekayəsindən bəhs edən tar, kamança və muğam xanəndəsi.
İstinadlar
Həmçinin bax
İntizar (opera) Qarabağnamə (opera) Azərbaycanda opera
Kateqoriya:Firəngiz Əlizadənin operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera Kateqoriya:2011-ci ildə yarananlar