Əbdürrəhman ibn Rəbiə (عبدالرحمن بن ربيعة; ) — erkən Xilafət dövrü ərəb sərkərdəsi.

Bioqrafiyası Ehtimal ki, xəlifə Ömərin vaxtında Xilafətin Azərbaycanda hərbi canişini Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır.

Təbəriyə görə 642–643-cü ildə xəlifə Ömər Dərbəndə Suraqə ibn Əmri göndərdi. Suraqə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Suraqənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbdürrəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl-Beyda şəhərinə çatıb onu işğal etdilər.Təbəri, I, 2668 Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbdürrəhman ər-Rəbiəni öldürdülər.yenə orada, I, 2668-2669-2871.

Həmçin bax Xəzər-ərəb müharibələri

İstinadlar

Kateqoriya:Ərəblər Kateqoriya:Hərbi liderlər Kateqoriya:Xəzər-ərəb müharibələri Kateqoriya:VII əsr ərəbləri