Qaldan-Boşoqtu () 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu.
Həyatı Qaldan, Batır-xuntaycının altıncı oğlu olaraq 1644-cü ildə doğulmuşdu. 1650-ci ildə Buddizmi öyrənməsi üçün Tibetə göndərilmiş və təqribən 13 il orada təhsil aldıqdan sonra ölkəsinə dönmüşdür. Cunqariyaya döndükdən sonra Senqe tərəfindən dini və idari işlərə məmur edilmiştir1.Ş. B. Çimitdorjiev, göstərilən əsəri, s. 36. Erdeni-batır xuntaycı və Senqedən sonra Cunqar xanlığının taxtına 1671-ci ildə Qaldan-Boşoqtu keçmişdir. Qaldan, uzun müddətli bir təhsil alması və Tibet kimi qədim mədəniyyət mərkəzlərində yetişməsi səbəbiylə geniş bir dünya görüşünə və təcrübəsinə sahib idi. Bütün Oyrat oymaqlarını və Xalxa-Monqollarını Cunqar xanlığının damı altında toplayaraq çevrəsindəki böyük qüvvələrə qarşı ayaqda dura biləcəyini düşünürdü.
Qaldan-Boşoqtu xan, Rusiya ilə münasibətləri inkişaf etdirərək qərb sərhəd-sınırlarının güvənliyini qorumağa çalışdı. Rus hökuməti də şərq sərhəd-sınırlarının və şəhərlərinin güvənlik altında olmasını istəyirdi. Bu nöqtədə hər iki ölkə də barışdan yana idi. Qarşılıqlı elçilərin göndərilməsi ilə münasibətləri davamlı tutulmuşdur.Ş. B. Çimitdorjiev, göstərilən əsəri, s. 115. Kukunordakı Oçirtu xan, Quşi xan və Volqa Kalmıklarından Ayuke xan ilə münasibətlər quruldu. Her iki bölgənin liderləri də Qaldanın hakimiyətini tanıdılar. Fəqət Oçirtu xan ilə 1678-ci ildə bir anlaşmazlıq çıxdı və Oçirtu xan öldürüldü.Ş. B. Çimitdorjiev, göstərilən əsəri, s. 37. Eyni il Akdağlık Appak xoca, Dalay Lamadan yardım istemiş, o da durumu Qaldan Boşoqtuya bildirmişdir. Buna görə Qaldan Boşoqtu Şərqi Türkistan səfərinə çıxmış, bu bölgədə iqtidarı əldə saxlayan İsmail xanı əsir almışdır. Beləcə buranı hakimiyəti altına alaraq bölgənin başçılığını Appak xocaya vermişdir.A. G. Mitirov, Oyratı-Kalmıki: veka i pokoleniya, Elista 1998, s. 83 1679-cu ildə Rusiya ilə Cunqariya sərhəd-sınırında olan qırğızların, böyük əksəriyyətinin vergi məsələlərinden dolayı Cunqariya torpaqlarına köç etdikləri görünür. Ayrıca bu il 5-ci Dalay Lama tərəfindən Qaldana, Boşoqtu xan ünvanı verilmiş, beləcə Qaldan ruhani lider olaraq da nüfuzunu möhkəmləndirmişdi.Ş. B. Çimitdorjiev, göstərilən əsəri, s. 39.
Dalay Lamanın istəyi üzərinə Xalxa üzərinə 1695-ci ildə səfərə çıxan Qaldan, Çing orduları ilə savaşmış, 1696-cı ilin may ayında Zuun Mod savaşında böyük bir itki verərək geri çəkilmək məcburiyyətində qalmışdır. İqtisadi və siyasi baxımdan yaxşıca zəifləyən Qaldan Boşoqtu xan içərisinə düşdüyü bu durum nəticəsində xəstələnmiş və 13 mart 1697-ci ildə ölmüşdür.İ. Ya. Zlatkin, göstərilən əsəri, s. 208.
Ədəbiyyat Златкин И. Я., История Джунгарского ханства (1635-1758), М., 1964. Митиров А.Г. "Ойраты-калмыки: века и поколения", Элиста, 1998 г. Dalay Çuluunii, Oyrad Mongoliin Tuuh, Ulaanbaatar, 2000. Çimitdorjiyev, Şirap B., Rossiya i Mongoliya, Moskva, 1987. Чимитдоржиев Ш. Б. Национально-освободительное движение монгольского народа в XVII-XVIII вв.
İstinadlar
Həmçinin bax Cunqar xanlığı Erdeni-batır Senqe
Xarici keçidlər Cunqariyanın xeyrxah hakimi Qaldan-Boşoqtu Qorxunc Qaldan .
Kateqoriya:Hökmdarlar Kateqoriya:Cunqar xanları Kateqoriya:Buddist rahibləri Kateqoriya:Zəhər ilə intihar edənlər Kateqoriya:Moğolustan xanları Kateqoriya:Oyratlar Kateqoriya:XVII əsr hökmdarları