Yuliya Lipnitskaya (; d. 5 iyun 1998, Yekaterinburq, Rusiya) — Rusiyalı fiqurçu. Yuliya Lipnitskaya 2014-cü ildə Rusiyanın Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.

Yuliya Lipnitskaya 2014-cü ildə Saytamada baş tutan Dünya Çempionatının gümüş medalına sahib olub. 2012 və 2014-cü illərdə Rusiya Çempionatının gümüş medalına sahib olan Yuliya Lipnitskaya Avropa Çempionatlarında 2014-cü ildə qızıl medal qazanıb. ISU Qran-Pri Finalının 2013-cü ildə gümüş medalçısı olan Yuliya Lipnitskaya ISU Qran-Pri seriyalı yarışların Kanada (2013) və Rusiya (2013) mərhələlərinin qalibi olub.

Gənclər arasında isə 2012-ci ildə Dünya Çempionatının qızıl medalına sahib olan Yuliya Lipnitskaya həmin mövsümndə həm də gənclər arasında Rusiya Çempionatının, ISU gənclər arasında Qran-Pri Finalının qalibi olub.

Karyerası ərzində 32 yarışa qatılan Yuliya Lipnitskaya onların 11-də qızıl medal, 11-də gümüş medal, 1-də isə bürünc medal qazanıb. O, 2018-ci ildə Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Sərəncamına əsasən «Dostluq» ordeni ilə təltif edilib.

2014-cü ildə Soçi Olimpiadasının qalibi olan Yuliya Lipnitskaya bu idman növü üzrə Olimpiadalarda qızıl medala sahib ən gənc idmançı oldu (15 yaş 250 gün). Olimpiya Oyunlarında qızıl medala sahib olan birinci Rusiyalı qadın fiqurçu olan Yuliya Lipnitskaya Avropa Çempionatının da qalibi olan ən gənc idmançıdır.

Həyatı Yuliya Lipnitskaya 1998-ci il iyunun 5-də Yekaterinburq şəhərində anadan olub. Onun uşaqlığı aztəminatlı şəraitdə olub. Anası Daniela Lipnitskaya qızını tək böyüdüb. Onun atası Vyaçeslav, hələ qızı anadan olmamışdan əvvəl Orduya gedib və bir daha ailəsinin yanına geri dönməyib.

Yuliya Lipnitskaya 2017-ci ildən Vladislav Tarasenko ilə görüşməyə başladı. 2020-ci il iyunun 27-də cütlüyün Katalina adında qızı dünyaya gəldi.

Karyerası 2009–2010-cu illər mövsümü: Gənclərin Rusiya Çempionatında debüt Yuliya Lipnitskaya 2009-2010-cu illər mövsümündə gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, 2-6 fevralda baş tutan çempionatının qısa proqramında 55.66 balla beşinci pillənin sahibi oldu. Sərbəst proqramda isə 99.84 balla beşinci pillənin sahibi olan Yuliya Lipnitskaya ümumi nəticədə 155.50 balla gənclər arasında Rusiya Çempionatını beşinci pillədə başa vurdu.

2010–2011-ci illər mövsümü: Rusiya Çempionatında debüt 2010-2011-ci illər mövsümündə Yuliya Lipnitskaya Rusiya Çempionatlarında mübarizə apardı. O, Rusiya Çempionatının qısa proqramında 60.14 balla beşinci pillənin, sərbəst proqramında isə 118.14 balla dördüncü pillənin sahibi oldu. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 178.28 balla 16 idmançı sırasında dördüncü pillənin sahibi oldu.

Daha sonra o, 2-4 fevralda isə Kazan şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. Ötən il baş tutan çempionatda beşinci pillənin sahibi olan Yuliya Lipnitskaya qısa proqramda 52.75 balla yeddinci pillənin sahibi olsa da, sərbəst proqramda mübarizə aparmaqdan imtina etdi və çempionatı nəticəsiz başa vurdu.

2011–2012-ci illər mövsümü: Gənclər arasında Dünya çempionluğu thumb|300x300px|alt=|Yuliya Lipnitskaya 2011-ci il gənclərin Qran-Pri Finalında Yuliya Lipnitskaya beynəlxalq səviyyədə birinci yarışına 2011-ci ilin 15-18 sentyabrda Polşanın ev sahibliyində baş tutan gənclər arasında ISU Qran-Pri yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 60.38 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da Yuliya Lipnitskaya birinci pillənin sahibi oldu (112.14 balla) və ümumi nəticədə 172.52 balla gənclər arasında ISU Qran-Pri yarışının Polşa mərhələsinin qızıl medalına sahibi oldu. Bu qızıl medal onun, qazandığı birinci medal oldu.

Daha sonra o, İtaliyanın Milan şəhərində baş tutan gənclər arasında ISU Qran-Pri yarışında mübarizə apardı. Qısa proqramda 64.72 balla birinci pillənin sahibi olan Yuliya Lipnitskaya sərbəst proqramda da birinci pillənin sahibi oldu (120.34 balla) və ümumi nəticədə 185.06 balla gənclər arasında ISU Qran-Pri yarışının İtaliya mərhələsinin qalibi oldu. Bir ay ərzində həm Polşada, həm də İtaliyada baş tutan ISU Qran-Pri yarışlarının qızıl medalına sahib olan Yuliya Lipnitskaya gənclər arasında ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Gənclər arasında ISU Qran-Pri Finalı Kanadanın ev sahibliyində baş tutdu. Altı idmançının – Rusiya nümayəndələri Yuliya Lipnitskaya Polina Şelepen və Polina Korobeynihova, ABŞ nümayəndəsi Vanessa Lam, Yaponiya nümayəndəsi Risa Şoji və Çin nümayəndəsi Li Zijunun mübarizə apardığı ISU Qran-Pri Finalının əsas favoritlərindən biri Yuliya Lipnitskaya hesab olunurdu. Qısa proqramda o, 60.98 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da Yuliya Lipnitskaya uğurlu mübarizə apardı və 120.76 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə o, 181.74 balla gənclər arasında ISU Qran-Pri Finalının qızıl medalına sahib oldu. Onu, gümüş medala sahib olan Polina Şelependən 18.40 bal ayırdı.

2011-2012-ci illər mövsümü ərzində mübarizə apardığı bütün yarışlarda qızıl medala sahib olan Yuliya Lipnitskaya 2011-ci ildə sonuncu yarışına Rusiya Çempionatı çərçivəsində qatıldı. Çempionatın qısa proqramında o, uğursuz mübarizə apardı və 64.11 balla üçüncü pillənin sahibi oldu. Sərbəst proqramda isə 128.54 balla birinci pillənin sahibi olan Yuliya Lipnitskaya ümumi nəticədə 192.65 balla 18 idmançı sırasında 2-ci pillənin sahibi oldu və Rusiya Çempionatının gümüş medalına sahib oldu. Çempionatın qalibi isə Adelina Sotnikova oldu. O, 194.72 bal topladı.

2012-ci ilin 5-7 fevralında isə gənclər arasında Rusiya Çempionatı baş tutdu. Üçüncü dəfə gənclər arasında Rusiya Çempionatında mübarizə aparan Yuliya Lipnitskaya bu səfər çempionatın qalibi olmağı bacardı. O, qısa proqramda 65.28 balla, sərbəst proqramda isə 126.64 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuliya Lipnitskaya 191.92 balla 18 idmançı sırasında birinci pillənin sahibi oldu və gənclər arasında Rusiya Çempionatının qızıl medalına sahib oldu.

2011-2012-ci illər mövsümünün əsas yarışı – 27 fevral-4 martda Belarusun ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Mövsüm ərzində gənclər arasında ISU Qran-Pri Finalının və Rusiya Çempionatının qalibi olan Yuliya Lipnitskaya Dünya Çempionatının əsas favoritlərindən biri hesab olunurdu. Gənclər arasında Dünya Çempionatın qısa proqramında o, 64.10 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da Yuliya Lipnitskaya uğurlu mübarizə apardı və 125.96 balla birinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə 190.06 balla 54 idmançı sırasında gənclər arasında Dünya Çempionatının qalibi oldu.

Yuliya Lipnitskaya 2011-2012-ci illər mövsümü ərzində mübarizə apardığı altı yarışın beşində qızıl medala, birində isə gümüş medala sahib oldu.

2012–2013-cü illər mövsümü: Olimpiadaya hazırlıq dövrü thumb|300x300px|alt=|Yuliya Lipnitskaya 2012-ci il Fransa Qran-Prisində|left Yuliya Lipnitskaya 2012-2013-cü illər mövsümündə birinci yarışına Finlandiyanın Espoo şəhərində baş tutan “Finlandia Trophy” yarışı çərçivəsində qatıldı. O, qısa proqramda 64.06 balla 2-ci pillənin sahibi oldu. Sərbəst proqramda isə o, uğurlu mübarizə apardı və 124.18 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuliya Lipnitskaya 188.24 balla 11 idmançı sırasında birinci pillənin sahibi oldu və “Finlandia Trophy” yarışının qalibi oldu.

Noyabr ayı ərzində isə o, ISU Qran-Pri yarışının Çin və Fransa mərhələlərində mübarizə apardı. 2-4 noyabrda Çinin Şanxay şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Çin mərhələsi olan “Cup of China” yarışında o, qısa proqramda 64.06 balla birinci pillənin sahibi oldu. Sərbəst proqram isə gərgin idman mübarizəsi şəraitində baş tutdu. Yuliya Lipnitskaya 114.86 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 178.92 balla 10 idmançı sırasında ISU Qran-Pri yarışının Çin mərhələsinin gümüş medalına sahib oldu. Qızıl medalı isə 2010-cu il Olimpiadasının gümüş medalına sahib olan Yaponiya nümayəndəsi Mao Asada qazandı.

16-18 noyabrda isə Fransanın Paris şəhərində ISU Qran-Pri yarışının Fransa mərhələsi olan “Trophée Éric Bompard” yarışı baş tutdu. Qısa proqramda Yuliya Lipnitskaya uğurlu mübarizə apardı və 64.56 balla birinci pillənin sahibi oldu. Amma sərbəst proqramda o, uğursuz mübarizə apardı və 115.76 balla üçüncü pillənin sahibi oldu. Bu, onun ümumi nəticəsinə təsir göstərdi. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 180.32 balla 10 idmançı sırasında üçüncü pillənin sahibi oldu və “Trophée Éric Bompard” yarışının bürünc medalına sahib oldu. Qızıl medalı ABŞ nümayəndəsi Eşli Vaqner, gümüş medalı isə digər Rusiya nümayəndəsi Yelizaveta Tuxtamışeva qazandı. Noyabr ayı ərzində ISU Qran-Pri yarışlarında bir gümüş və bir bürünc medala sahib olan Yuliya Lipnitskaya ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Amma o, noyabrın 28-də məşq zamanı zədələndi və ISU Qran-Pri Finalında mübarizə apara bilmədi. Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (RFKF) Prezidenti Aleksandr Qorşkov ictimaiyyətə, onun məşq zamanı tarazlığını itirdiyi üçün uğursuz formada yıxıldığını və sarsıntı aldığını bildirdi. Buna görə Yuliya Lipnitskaya ISU Qran-Pri Finalında və Rusiya Çempionatında mübarizə apara bilmədi.

Zədədən sonra Yuliya Lipnitskaya birinci yarışına 1-2 fevralda gənclər arasında Rusiya Çempionatı çərçivəsində qatıldı. O, qısa proqramda 68.04 balla üçüncü pillənin, sərbəst proqramda isə 112.54 balla altıncı pillənin sahibi oldu. Bununla da Yuliya Lipnitskaya ümumi nəticədə 180.56 balla 18 idmançı sırasında gənclər arasında Rusiya Çempionatını 5-ci pillədə başa vurdu.

Yuliya Lipnitskaya 2012-2013-cü illər mövsümünün sonuncu yarışına 25 mart-4 fevral tarixlərində İtaliyanın Milan şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatı çərçivəsində qatıldı. Ötən il baş tutan Dünya Çempionatının qalibi olan Yuliya Lipnitskaya bu səfər gümüş medalın sahibi oldu. O, qısa proqramda uğursuz mübarizə apardı və 54.86 balla dördüncü pillənin sahibi oldu. Sərbəst proqramda isə 111.82 balla 2-ci pillənini sahibi olan Yuliya Lipnitskaya ümumi nəticədə 166.68 balla gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. Qızıl medalı Rusiya nümayəndəsi Yelena Radionova, bürünc medalı isə Anna Poqorilaya qazandı.

Yuliya Lipnitskaya 2012-2013-cü illər mövsümü ərzində mübarizə apardığı beş yarışın 1-də qızıl medal, 2-də gümüş medal, 1-də isə bürünc medala sahib oldu.

2013–2014-cü illər mövsümü: Karyeranın zirvəsi thumb|300x300px|alt=|Yuliya Lipnitskaya 2013-cü il Kanada Qran-Prisində Yuliya Lipnitskaya 2013-2014-cü illər mövsümündə qısa proqramlarda Rusiyanın xalq artisti Mark Minkovun bəstəsi olan “Не отрекаются люба” əsərinin, sərbəst proqramlarda isə Con Vilyamsın bəstəsi olan “Schindler's List” əsərinin sədaları altında mübarizə apardı. Kompozisiyaların xoreoqrafı Dünya və Avropa Çempionatının qalibi, 2002-ci il Olimpiadasının gümüş medalına sahib olan İlya Averbux idi.

Yuliya Lipnitskaya 2013-2014-cü illər mövsümündə birinci yarışına Finlandiyanın Espoo şəhərində baş tutan “Finlandia Trophy” yarışı çərçivəsində qatıldı. Ötən il baş tutan yarışın qalibi olan Yuliya Lipnitskaya bu səfərdə yarışın qızıl medalına sahib oldu. O, qısa proqramda 66.50 balla birinci pillənin sahibi oldu. Sərbəst proqramda da o, uğurlu mübarizə apardı və 125.82 balla birinci pillənin sahibi oldu. Ümumi nəticədə isə Yuliya Lipnitskaya 192.32 balla 15 idmançı sırasında birinci pillənin sahibi oldu və növbəti dəfə “Finlandia Trophy” yarışının qalibi oldu.

Daha sonra o, Kanadanın Sent-Con şəhərinin ev sahibliyində baş tutan ISU Qran-Pri yarışının Kanada mərhələsində mübarizə apardı. Qısa proqramda 66.90 balla 2-ci pillənin sahibi olan Yuliya Lipnitskaya sərbəst proqramda 131.34 balla birinci pilləninin sahibi oldu. Bununla da Yuliya Lipnitskaya 198.24 balla 8 idmançı sırasında Kanada Qran-Prisinin qalibi oldu. Gümüş medalı Yaponiya nümayəndəsi Ahiho Suzuhi, bürünc medalı isə ABŞ nümayəndəsi Qreysi Qold qazandı.