Samir Ziyəddin oğlu Kaçayev () — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, heykəltaraş. Aprel döyüşləri şəhidi.

Həyatı Samir Kaçayev 5 mart 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində Ziyəddin və Əminə Kaçayevlərin ailəsində anadan olub. 2011-ci ildə orta təhsilini bitirən Samir Kaçayev elə həmin il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil oldu. 2015-ci ildə isə magistaturaya qəbul oldu.

Hərbi xidməti Samir Kaçayev 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qaçayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Samir Kaçayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Xatirəsi 2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Vaqif Əsədovun rejissorluğu ilə Samir Kaçayevin xatirəsinə həsr edilmiş "Yarımçıq qalmış…" tamaşası səhnəyə qoyulmuşdur.

İstinadlar

Kateqoriya:"İgidliyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Çuxuryurdda doğulanlar Kateqoriya:Azərbaycan heykəltaraşları Kateqoriya:Azərbaycan ləzgiləri Kateqoriya:Aprel döyüşlərində Azərbaycan tərəfdən həlak olanlar