İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. Türbə Təbrizin şərqində yerləşən Beylankı məhəlləsində yerləşməkdədir.

Türbə 1963-cü ildə Əziz Dövlətabadinin səyləri və müvafiq mənbələrin araşdırılması çəticəsində üzə çıxarılmışdır. Təqdim edilən sənədlər əsasında 20 iyul 1998-ci ildə 2056 nömrəsi ilə İranın Milli Abidələr Siyahısına salınmışdır. Bu türbənin bərpasına İranın Əsərlər və Mədəni İrslər Cəmiyyəti tərəfindən başlanmış və həmin məkanda xatirə lövhəsi quraşdırılmışdır.

Şəkilləri

Həmçinin bax Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi

İstinadlar

Xarici keçidlər Türbə haqqında hazırlanmış sənədli film.

Kateqoriya:Təbriz abidələri Kateqoriya:Təbrizin tarixi abidələri Kateqoriya:Təbrizin görməli yerləri Kateqoriya:İran türbələri