The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə və ya qısaca — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır.
Məzmun Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir:
"Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
Bu başqarışdırıcı sözlərdən sonra Kazukinin həyatı tamamilə dəyişir. O, Otonaşinin əsl adının Mariya olduğunu, "qutular" adlandıran müəmmalı cihazların mövcudluğunu, Mariyanın günü minlərlə dəfə təkrarlamasının (Mariya bu hadisəni "Rədd edən sinif" adlandırır) səbəbkarının özünün olduğunu öyrənir.
Personajlar
Baş qəhrəmandır və adi lisey tələbəsidir. Ən sevdiyi yemək umaybodur. Lakin bir gün Aya Otonaşi adlı qızın onun sinfinə keçib ona müharibə elan etdiyini bildirir, lakin Kazuki onu ilk dəfə gördüyünü düşünür və çox təəccüblənir. Daha sonra ondan bütün bu müəmmalı hadisələrin səbəbkarının özünün olduğunu öyrənir.
Baş qadın qəhrəmandır və Hoşinonun sinfinə 2 martda – məktəb ilinin başa çatmasına bir gün qala keçmiş gözəl və müəmmalı qızdır. Əsl adı Mariya olsa da, özünü hər kəsə Aya adı ilə təqdim edir. Gələr-gəlməz bütün şagirdlərin önündə Hoşinoya müharibə elan etdiyini bildirir. Mariyanın dediyinə görə bu günü 13.118 dəfə təkrarlamasının səbəbkarı məhz odur. Buna görə də "Rədd edən sinif" adlandırdığı bu hadisəni dayandırmaq üçün "qutu" adlı müəmmalı cihazı ələ keçirmək istəyir.
Hoşinonun dostlarından biridir. Dostlarına böyük dəyər verən, lakin həddən artıq hər şeylə maraqlanan gülərüz və şən qızdır. Dayya ilə uşaqlıqdan tanışdır.
Hoşinonun dostlarından biridir. Saçlarını gümüş rənginə boyayan, sağ qulağına 3 küpə taxmış arsız tələbədir. Bundan əlavə, sinif nümayəndəsidir.
Hoşinonun dostlarından biridir. Şən, amma ağlı bir qarış havada olan beyzbol ulduzudur.
Hoşinonun aşiq olduğu qızdır. Səssiz, sakit və ifadəsizdir.
"Qutular"ı paylayan və hadisələrin arxasında dayanan müəmmalı varlıqdır.
Media Ranobe Ranobe seriyası Tetsuonun rəssamlığı ilə Mikaqe Eyci tərəfindən yazılmışdır. ASCII Media Works nəşriyyatı 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ranobe seriyasının 7 cildini buraxmışdır. Polşada isə Waneko nəşriyyatı tərəfindən 5 fevral 2016-cı ildə nəşr olunmağa başlamış və 6 oktyabr 2016-cı ilə kimi 5 cildi buraxılmışdır. Şimali Amerikada isə Yen Press ranobeni lisenziyalaşdırılmışdır.
Cild siyahısı
İstinadlar
Xarici keçidlər Waneko-nun rəsmi saytında
Kateqoriya:2009-cu ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:Yaponiya müəmma romanları Kateqoriya:Zaman səyahəti romanları Kateqoriya:Yapon dilində romanlar Kateqoriya:Dengeki Bunko Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Romantik anime və manqalar Kateqoriya:Məktəb haqqında anime və manqalar Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Seynen manqaları