Əl-Lat və ya Allat, Alilat, Allatu (, ) — Qədim Ərəbistanda səma və yağış ilahəsi.

Xaldeylilər arasında Allat yeraltı dünyasının kraliçasıdır. Şumerlilər onu ilahə Ereşkiqal ilə eyniləşdirdilər.

Etimologiya və ad Əl-Lat adının iki mümkün etimologiyası var.Fahd, T., "al-Lat", in

İlk versiyada bu adın latta (arpa ununu qarışdırmaq və ya yoğurmaq) felindən götürüldüyü ehtimal edilir. Qədim yəhudi kitabı olan Yezekel kitabına görə arvadının xəyanətindən şübhələnən kişilər Yerusəlimdə "qısqanclıq bütü" adlı bütə arpa ununu qurban verirmişlər. Əl-Kəlbinin müəllifi olduğu Bütlər kitabından belə nəticəyə gəlmək olar ki, oxşar ayin əl-Latın şəklinin yanında da icra olunub.

Təklif olunan ikinci etimologiya isə, əl-Latı Allahın qadın forması kimi qəbul edir. Herodotun yazılarında ilahənin adının Əlilat kimi keçməsinə əsaslanaraq, onun, ilkin olaraq əl-İlat kimi tanınmış ola biləcəyini ehtimal etmək olar.

İlahənin adı müxtəlif dillərdə bu cür yazılıb:

İmerial Arami dili: (Han-llat) Nəbati ərəb dili: (Allət) Palmiriya Arami dili: (Allət) Dadantik dili və Samud dili: (Lət) Qədim yunan dili: (Alilat) Sabey dili: (Lətən) Qədim ərəb dili: (əl-Lat)

İslamda Bu ilahənin adına, "əl-Lat" və "Manat" bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19–20) ayələrində işarə olunmuşdur.

Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (), yəni Allahın üç qızı adını vermişdirlər.

əl-Lat məbədi Taif şəhərində və hicrətin 9-cu ilində Məhəmməd peyğəmbərin əmri ilə dağıdıldı.

İstinadlar

Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:İslamda əcinnələr Kateqoriya:Əlifba sırasına görə mifoloji personajlar Kateqoriya:Quranda adı çəkilənlər Kateqoriya:Dini inanclar, ənənələr və hərəkatlar Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:Əl-Lat Kateqoriya:Ərəb mifologiyasının tanrıları