Anton Korobov (, 25 iyun 1985, Kemerovo vilayəti, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Ukrayna şahmatçısı, qrosmeyster (2003).

2013-cü ildə keçirilən blitz üzrə Avropa birinciliyinin qalibidir.

2002 və 2012 Ukrayna Çempionu, 2004-cü ildə Volokitindən sonra ikinci yerin sahibidir.

2011-ci ildə Naxcıvan Openin qalibi olmuşdur.

2011-ci ildə DÜnya Kubokunun iştirakçısı olmuş, lakin ikinci raunda Viiugov-a uduzmuşdur.

2012-ci ilin fevralında Aeroflot Opendə 1-3-cü yerləri bölüşdürmüşdür.

2013-cü ilin Ukrayna Çempionatında bürünc mükafatı qazanmışdır.

2013-cü ilin Dünya Kubokunda Vasif Durarbəyli, Baadur Jobava, Daniil Dubov və Hikaru Nakamura üzərində qələbələrdən sonra, Vladimir Kramnik tərəfindən məğlub edilmişdir.

İstinadlar

Xarici keçidlər

Anton Korobov. Chess-DB.com Anton Korobov. 365chess.com Anton Korobov. fide.com Anton Korobov. chessgames.com Anton Korobov. chess24.com

Kateqoriya:Ukrayna şahmatçıları Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları