Anşan – Çinin şimal-şərqində, Lyaonin əyalətində şəhər.

Ümumi məlumat

Əhalisi 1,2 mln., aqlomerasiyada – 3,44 mln. (2005). Şərqi Mancuriya dağlarının ətəklərində, Anşan çayı sahilindədir. Nəqliyyat qovşağı. 1911-ci ilədək kiçik kənd olmuş Anşan yaxınlığındakı dəmir filizi yatağının istismarı ilə əlaqədar olaraq böyümüş və şəhər statusu almışdır. Mühüm ağır sənaye mərkəzlərindəndir. Ölkənin ən iri metallurgiya kombinatı Anşandadır. Maşınqayırma, kimya, sement, neft emalı sənayesi müəssisələri var.

Qalereya

İstinadlar

Kateqoriya:Çin şəhərləri