D () – obyekt-yönlü, imperativ proqramlaşdırma dillərindən biridir. thumb|D proqramlaşdırma dili 2001-ci ildə Digital Mars şirkətinin əməkdaşı Volter Brayt (Walter Bright) tərəfindən işlənib hazırlanıb. Öncə C++ dilinin yenidən mühəndisliyi (RE-ENGINEERING) kimi düşünülüb, ancaq C++ dilinin önəmli təsirinin olmasına baxmayaraq, onun variantı deyil. D dilində C++ dilinin bəzi xassələri yenidən reallaşdırılıb, eləcə də Java, Python, Ruby, C# və Eiffel kimi başqa proqramlaşdırma dillərinin də təsirinə məruz qalıb.
D dilinin yaradılmasında kompilyasiya olunan proqramlaşdırma dillərinin məhsuldarlığı ilə dinamik dillərin təhlükəsizliyi və ifadəliliyini birləşdirməyə cəhd edilib. Bu dildə yazılmış kod, adətən, C++ dilindəki ekvivalent kod kimi sürətlə işləyir, eyni zamanda D dilindəki proqram daha qısa olur və yaddaşa təhlükəsiz erişməni təmin edir.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər
Digital Mars Türk Forumu
Həmçinin bax C proqramlaşdırma dili Proqramlaşdırma Proqramlaşdırma dilləri
Kateqoriya:Proqramlaşdırma dilləri Kateqoriya:C proqramlaşdırma dili ailəsi Kateqoriya:Çarpaz platformalı proqram təminatı Kateqoriya:Sistem proqramlaşdırma dilləri