Məqsəd Müzəffər oğlu İsayev () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda müdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.
Bioqrafiyası Məqsəd İsayev 1994-cü ildə Bakıda anadan olmuşdur. Məqsəd 9 yaşı olarkən Əli Abuzərovun rəhbərliyi altında Bakı olimpiya idman liseyində futbolla məşğul olmağa başlamışdır. O, beş il bu liseydə təhsil almışdır. Məqsəd Tiflisdə yerləşən rus-gürcü müasir humanitar universitetinin idarəetməsinin fakültəsinin tələbəsi olmuşdur.
Klub karyerası
Çempionat Məqsəd İsayev Neftçi Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, peşəkar karyerasına 2009-cu ildə Neftçi klubunun gənclərdən ibarət U-17 millisində başlamışdır. İki il burada çıxış etdikdən sonra Neftçi Bakı klubunun əvəzedici komandasına keçmişdir. Məqsəd 2013-cü ildən Neftçi Bakı klubunun əsas heyətinin oyunçusudur.
Kubok O, Neftçi Bakı klubu ilə Azərbaycan Kubokunda bir oyunda iştirak etmişdir.Neftçi vs Kapaz 1–0 № Tarix Raund Klub Rəqib Liqa Nəticə 1 4 dekabr 2013 İkinci raund — 1/8 final "Neftçi" "Kəpəz" Premyer Liqa 1 : 0
Milli komanda
U-17 Məqsəd İsayev Azərbaycan U-17 millisi ilə debütünü 22 oktyabr 2010-cu ildə Avropa Çempionatının təsnifat mərhələsində Portuqaliya millisinə qarşı oyunda etmişdir.Portugal U17 vs Azerbaijan U17 2–0
U-19 Məqsəd İsayev Azərbaycan U-19 milli futbol komandası ilə debütünü 28 oktyabr 2012-ci ildə Avropa Çempionatının təsnifat mərhələsində Gürcüstan millisinə qarşı oyunda etmişdir. Xorvatiyanın Zapreşiç şəhərində keçirilən görüşdə Azərbaycan millisi rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.Georgia U19 vs Azerbaijan U19 1–1
Uğurları Neftçi Bakı klubunun heyətində 2013 Futbol üzrə Azərbaycan Superkubokunun finalçısı olmuşdur.Khazar Lankaran vs. Neftçi 2–1
İstinadlar
Xarici keçidlər Состав ФК Нефтчи на официальном сайте клуба Профиль игрока на сайте ПФЛ — Профессиональной Футбольной Лиги Азербайджана https://www.transfermarkt.com.tr/maqsad-isayev/profil/spieler/161492 https://www.sabah.com.tr/canli-skor/oyuncu/maqsad-isayev/neftchi/uefa-avrupa-ligi/uefa-avrupa-ligi-16-17 https://www.worldfootball.net/player_summary/maqsad-isayev/ Maksad | Instagram Maksad | Facebook
Tarixçə Информация игрока — Магсад Исаев (Музаффар) Профиль игрока на сайте int.soccerway.com Mäqsäd Isayev Profile
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Sabah FK futbolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar