Sırtmışan dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3102,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunda zirvə. Ağdərə kəndindən 2,5 km şimal-şərqdə, Qaranquş dağından 500 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı  Qaranquş  subvulkanik intruziyanın əmələ gətirdiyi sıldırım yamaclı piramida formalı  yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını  Ordubad qarılma zonasının  Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.

 BİBQƏTƏL – Ordubad rayonu ərazisində Sırtmışan  dağının (hünd. 3102,0 m) yerli əhali arasında işlədilən başqa adı. 

Həmçinin bax Elti dağı Qapıcıq dağı Alçalan dağı

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları