alt=Qafqaz dağları|thumb|328x328px|Qafqaz dağları Dağ iqlimi— yüksək dağlıq üçün xarakterik iqlim.
Xüsusiyyəti Dağ iqlimini düzən ərazi iqlimindən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.
Dəniz səviyyəsindən hündürlük Dəniz səviyyəsindən hündürlük və bununla əlaqədar atmosferin seyrəkləşməsi aşağıdakılara səbəb olur. Atmosfer təzyiqinin və temperaturun aşağı olmasına; Havanın mütləq rütubətliyinin aşağı olmasına; Qış buludluğunun miqdarının azalmasına; Havada tozun miqdarının az olmasına; Yüksək insolyasiyaya (xüsusilə ultrabənövşəyi radiasiyanın miqdarı); Küləyin sürətinin yüksək olmasına; Havanın temperaturunun və digər meteoroloji elementlərin sutkalıq və illik dəyişməsinin zəif olmasına.
Sərbəst atmosfer rejiminin pozulması Dağlıq ərazi ilə əlaqədar sərbəst atmosfer rejiminin pozulması aşağıdakılara səbəb olur: Yağıntıların ümumi miqdarının artıq olmasına (oroqrafik yağıntılar hesabına); Dağ-dərə küləklərinin əmələ gəlməsinə; Dağlarda konveksiyanın güclənməsi ilə əlaqədar yay buludluğunun çoxalmasına.
Həmçinin bax İqlim Dağ tundra iqlimi (iqlim tipləri) Temperaturun şaquli dəyişməsi
Xarici keçidlər Uca dağ iqlimi İqlim tipləri
İstinad Kateqoriya:İqlim Kateqoriya:Keppenin iqlimlər təsnifatı