Gəncəsər monastırı və ya Qandzasar monastırı (, ) — Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2001-ci ildə dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır.

1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır.

Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.

Adın etimologiyası Gəncəsər monastırının adı, monastırın inşa edildiyi təpəlik ərazinin adından götürülmüşdür. Gəncəsər sözü "gənc" və "sər" olmaqla iki hissədən ibarətdir. Hər iki söz pəhləvi dilindən gəlməklə "gənc" — xəzinə, "sər" — təpə, zirvə, hündür yer anlamını ifadə edir.

Tarixi 1823-cü ildə Çar Rusiyası mütəxəssisləri Qarabağın kameral təsvirini hazırlayarkən Vəngli üçün belə yazırlar: tatarlarin Ağvəng, ermənilərin Qanzasar adlandırdığı monastıra məxsus malikanə.

"Ağ" türk dilində elə bildiyimiz "ağ", "vəng" isə Qıpçaq dilindən dilimizə keçmiş "monastır" deməkdir. Ağvəng Ağ günbəz, Ağdam, Ağdaş kimi söz birləşməsidir. Ağvəng ağ xanəgah, ağ monastır deməkdir. Ermənilər Qafqaz Albaniyası dövlətinə Agvank deyirlər.

Qədim kilsə IX–X əsrlərə aid tarixi mənbələrdən bəlli olur ki, Gəncəsər monastırının yerində olmuş qədim kilsə bütün Artsakdan olan əhalinin dini və siyasi toplanış yeri olmuşdur. Erməni Katolikosu Ananiya Mokatsinin (946–968) xalkedonluq yolunu tutan Qafqaz albanları və qriqoryan ermənilər arasında anlaşılmazlıqları aradan qaldırmaq üçün yazdığı "Aluank əhalisinin qiyamı haqqında" adlı məktubundan məlum olur ki, o, "949-cu ildə Xaçın əyalətində çağırılmış kilsı xadimləri və zadəgan ailələrin nümayəndələrinin yığıncağında "Gəncəsərdən olan monax – Sərkis ata" da iştirak etmişdir."

Həmin monax Sərkis 949-cu il yığıncağının iştirakçısı kimi həm də Sünik tarixçisi Stepanos Orbeli tərəfindən qeyd edilir.

Dövrümüzə çatmış monastırdan əvvəl ərazidə qədim kilsənin olmasını həm də monastırın ətraflarında qorunmuş 1174, 1182, 1202 və sair illərə aid xaçdaşları da sübut edir. K. Mkrtçyan qeyd edir ki, bu və digər məlumatlar Gəncəsər monastırının daha qədim kilsənin yerində inşa edilməsinə şübhə yeri qoymur. Qədim kilsə, ola bilsin ki, Xaçın knyazlarının ad-sanına layiq zəngin memarlıq xüsusiyyətlərinə malik olmamış, buna görə də Həsən Cəlal bu boşluğu aradan qaldırmaq üçün yeni kilsə inşa etdirməyə qərar vermişdir.

Vəftizçi İohannla bağlı inanc Yerli əhalinin inancına görə Vəftizçi İohannın Herodun göstərişi ilə kəsilmiş başı Gəncəsər monastırı ərazisində dəfn edilmişdir.О честной голове Иоанна Крестителя, и о том, как она была доставлена в гавар Арцах и помещена в святом Гандзасаре, где находится престол Агванка Приложение к "История Страны Алунак". Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində relikviyanın Xaçın ərazisinə İberiyadan bağlı məlumat vardır. Kalankatlı yazır:

“...Ondan sonra İohannın başı bir knyazın əlinə keçdi və İstampola gətirildi. Katoliklər onu oğurlayaraq qərbə aparmaq istəyirdilər. Lakin, knyaz onu götürərək şimala – İveriyaya qaçdı. Burada o, Artsak hakimi Cəlal Dövlənin qardaşının əlinə keçdi.

1211-ci ildə qardaşının yanına gedən Cəlal Dövlə müqəddəs başın ona verilməsini xahiş etsə də, qardaşı könüllü şəkildə onu verməkdən imtina etdi. Onda, Cəlal Dövlə onu zorla alaraq Qandzak əyalətinin Artsak havarına, ailə məqbərəsinə gətirdi. Başı burada yerləşdirdi və üzərində Tanrı Məsih və onun vəftizçisi müqəddəs İohannın şərəfinə heyranedici kilsə inşa etdirdi. İthaf günü kilsəni Müqəddəs İohann adına Gəncəsər kilsəsi adlandırdı.”Мовсес Каганкатваци, «История страны Алуанк» (в 3-х книгах), Перевод с древнеармянского Ш. В. Смбатяна, Институт древних рукописей им. Маштоца — Матенадаран, Ереван, 1984 г.

Həsən Cəlalın inşaat işləri Monastırın əsas kilsə binasının inşasına 1216-cı ildə Aşağı Xaçın knyazı olan Həsən Cəlalın sifarişi ilə başlanılmış və inşaat işləri 1238-ci ildə tamamlanmışdır. Həsən Cəlalın sifarişi ilə kilsənin interyerində yazılmış inşa kitabəsində bu haqqda ətraflı məlumat verilir. + Müqəddəs İohann kilsəsinin inşa kitabəsiKitabə kilsənin interyerində yerləşir.Kitabənin sifarişçi və kilsənin ithafı ilə bağlı hissəsinin tərcüməsi: Müqəddəs Üçlüyün — Ata, Oğul və Müqəddəs ruhun adı ilə, mən, Tanrının xidmətçisi, Həsən Dövlə, Vaxtınqın oğlu, Böyük Həsənin nəvəsi, geniş əyalətləri ilə Xoxanaberdin çarı bu kitabəni yazmağı əmr etdim. Atam, ölümü və digər dünyaya köçməsindən əvvəl mənə və böyük knyaz Sərkisin qızı olan anam Xorişəyə, atalarımızın məzarı olan Gəncəsərdə bu kilsəni inşa etməyi vəsiyyət etdi ki, biz də inşaata erməni təqviminin 765-ci ilində Ruzi verənin köməkliyi ilə başladıq və şərq divarını pəncərəyə qədər inşa etdikdə dünyəvi həyatdan imtina edən anam üçüncü dəfə Yerusəlimə ziyarətə yola düşdü, orda rahibə köynəyi geyinərək illərlə Müqəddəs Qəbir kilsəsinin qapıları ağzında zahid həyatı sürərək vəfat etdi və orda da dəfn olundu. Biz isə həyatda qarşımıza çıxa biləcək bədbəxtlikləri yadda saxlayaraq inşaatı tamamlamağa çalışdıq və Rəhmli Rəbbin lütfü və xeyir-duası ilə onu 782-ci ildə tamamladıq. Səy və xoş niyyətimiz sayəsində müxtəlif formalar və rəsmlərlə bəzədilmiş kilsəyə mən, xaçlar, kitablar, müqəddəs əşyalar, zərif metallardan tökülmüş və qiymətli daşlarla bəzədilmiş müxtəlif məişət əşyaları verim. Bu kilsə, 789-cu ildə Alban Katolikosu ter-Nersesin hakimiyyəti dövründə ithaf edildi.center|250px 22 iyul 1240-cı ildə Rəbbin dəyişilməsi bayramı günü 700-ə qədər din xadiminin iştirakı ilə yeni kilsənin inşa mərasimi keçirilmiş, mərasimdə Alban Katolikosu II Nerses şəxsən iştirak etmişdir. Hadisələrin şahidi olmuş tarixçi Kirakos Qandzaketsi bu haqqda danışarkən yazır:

Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır.

Xüsusilə Səlcuq türkləri Qafqazı işğal etdikdən sonra İslam təsiri Gürcüstanda və Ermənistandakı xristianların mədəniyyət və adətlərinə nüfuz etmişdir. Xaçın knyazı Həsən Cəlalın hakimiyyətini göstərmə üsulları İslam adətləri və titulları ilə edilirdi. Bu, xüsusilə, onun tikdirdiyi əsas abidə olan Gəncəsər monastırında ortaya çıxır. Gəncəsərin günbəzindəki Həsən Cəlal təsvirinin ayaqlarının çarpaz şəkildə təsvir edilməsi Səlcuq sarayında gücün təsvir edilməsinin əsas vasitəsi idi.Eastmond, Anthony (2004). Art and Identity in Thirteenth-Century Byzantium: Hagia Sophia and the Empire of Trebizond. Burlington, VT: Ashgate. p. 92, 144.

Alban Katolikosluğu iqamətgahına çevrilməsi 1240-cı ildənЦентрами албанского патриаршества были Чола, с V I–V III вв. — Барда, в V III–IX вв. — Бердакур, затем Чарек-Хамши (недалеко от Кедабека), а на короткое время была церковь Дадиванк, в честь ученика апостола Фаддея-Дади (Мар-Елисей) в Хачене, и, наконец, с 1240 по 1836 гг. Гандзасар (Гандзасарский собор). В X V II–XIX вв. был антипрестол в Хаченском храме Ерицманканц. Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır.

XIII əsrdən etibarən Gəncəsər ərazidə təhsil və mədəniyyət mərkəzinə çevrilmiş, monastır daxilində Alban Həvar Kilsəsi üçün xadimlər yetişdirən dini seminariya fəaliyyət göstərmişdir. Bununla yanaşı mədəniyyət mərkəzi kimi geniş ərazi və gəlirə malik olan monastır həm də, bölgənin xrtistian sənətkarlarına hamilik etmiş, daşyonma və miniatür sənətinin gözəl nümunələrinin yaradılmasında rol oynamış, monastırda dəyərli əlyazmalar və tarixi sənədlərin toplandığı geniş kitabxana yaradılmışdır. XVIII əsrdə Gəncəsər Katolikosu ətraf ərazilərdəki 900-ə qədər kəndin yüzlərlə tacirindən vergi alırdı.; originally published in

Erməni Qriqoryan Kilsəsinin nəzarətinə keçməsi XVII–XVIII əsrlərdə Gəncəsərdəki alban patriarxı və Eçmiədzindəki erməni katolikosu arasında dindarlar üzərində təsir uğrunda mübarizə gedirdi. Zəifləməkdə olan və İslamın təsiri ilə ardıcılları azalan Alban Həvari Kilsəsinin Gəncəsər taxtını özünə tabe etmək üçün Eçmiədzin bütün vasitələrdən istifadə edirdi. Mübarizə aparmaqda çətinlik çəkən Alban Patriarxı Eçmiədzinə tabe olmağa qərar verdikdə bu qərar, erməni kilsəsinə tabe olmaq istəməyən Qarabağın yerli əhalisi arasında ciddi narazılığa səbəb olur. Nəticədə bir qrup alban kilsə xadimi Gəncəsərdən bir qədər aralıda yerləşən Üç körpə monastırında yeni iqamətgah yaradaraq özlərinə patriarx seçirlər. Yeni patriarx eyni zamanda Həm Eçmiədzinlə, həm də ona tabe olmağa qərar vermiş Gəncəsər patriarxı ilə mübarizə aparmalı olur. Bu hadisələri təsvir edərkən P. T. Arutunyan Simeon Yerevantsinin "Djambr" əsərinin rusca nəşrinə yazdığı ön sözdə qeyd edir:

1836-cı ildə uzun sürən mübarizədən sonra Erməni Qriqoryan Kilsəsi Alban Həvari Kilsəsinin ləğv edilməsinə, kilsə ardıcılları və məbədlərinin isə özünün tabeliyinə verilməsinə nail olur. Sonuncu Alban Katolikosu İsrael tərəfindən Qraf İvan Qudoviçə yazılmış 19 avqust 1806-cı il tarixli məktubda Eçmiədzin Katolikosunun Alban Həvari kilsəsini ələ keçirmək üçün atdığı addımlardan narahatlıq ifadə edilir

Lakin, Alban Patriarxının xahişlərinə baxmayaraq Rusiya Müqəddəs Sinodu kilsəni ləğv edərək bütün mülk və əhalisini Erməni Qriqoryan Kilsəsinin tabeliyinə verir. Bundan sonra Qarabağda Alban Patriarxı İsraelin başçılğı ilə qiyam başlayır. Qiyam yatırılır, patriarx İsrael isə ölkədən qovulur. Tezliklə patriarx İsrael vəfat edir və bundan sonra Erməni Arxiyepiskou Hovannes Qraf İvan Qudoviçə yazdığı məktubda Qarabağ və Gəncədəki Alban Kilsəsi mülkləri və dindarlarının Eçmiədzinin tabeliyinə verilməsini xahiş edir.

SSRİ və Qarabağ müharibəsi dövründə 1930-cu illərdə SSRİ rəhbərliyi dinlə mübarizə kompaniyası çərçivəsində ölkənin müxtəlif ərazilərində olan dini mərkəzlərin, o cümlədən Gəncəsər monastırının fəaliyyətini dayandırır. Qarabağda etnik zəmində münaqişələrin baş verdiyi bir dövrdə Erməni Qriqoryan Kilsəsi Artsax yeparxiyasının fəaliyyətini elan edir və Sumqayıtda doğulmuş Qurgen Martirosyan Pargev adı ilə arxiyepiskop elan edilərək Qarabağa göndərilir. Martirosyanın səyləri nəticəsində 1 oktyabr 1989-cu ildə altı ay davam edən yenidənqurma işlərindən sonra Gəncəsər monastırı yenidən fəaliyyətə başlayır. Qarabağ müharibəsi illərində döyüşə gedən bütün erməni hərbi-birləşmələri Gəncəsər monastırında Qurgen Martirosyandan xeyir-dua alırlar.

1991-ci ildə SSRİ əsgərləri və OMON Gəncəsər monastırı və məzarlığında axtarış həyata keçirirlər. 1992-ci ildə Ermənistan Müdafiə Naziri Vazgen Sarqsyan və Qarabağ ermənilərinin silahlı birləşmələrinin rəhbəri Serj Sarqsyan Gəncəsər monastırının rahib hücrələrindən birində ilk toplantılarını keçirirlər. Bu toplantılardan xəbər tutan Azərbaycan tərəfinin 20 yanvar 1993-cü ildə təşkil etdiyi hava hücumu zamanı monastır ətrafındakı binalara ziyan dəyir və bir neçə keşiş həlak olur.