() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir
Botaniki xarakteristikası Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Ekologiyası İstisevən, rütubətli, gilli torpaqlarda bitir. Abşeronun sərt şaxtalarına davamsızdır.
Azərbaycanda yayılması Bakı, Gəncə şəhərlərində və bir çox rayonlarda mədəni şəraitdə rast gəlinir.
İstifadəsi Dekorativ xüsusiyyətlidir. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Bu növ bəzən atlar üçün yem kimi istifadə edilir. Çiçəklərindən sarı boya alınır. Qabığından isə tibbdə istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Yem bitkiləri