Şükür Bürhanov () — özbək aktyoruBÜRHANOV . ensiklopediya.gov.az . SSRİ xalq artisti (1959).
Həyatı və fəaliyyəti 15 sentyabr 1910-cu ildə Daşkənd şəhərində anadan olmuşdur.
Kənd təsərrüfatı texnik məktəbində təhsil aldığı müddətdə dram klubunun işində iştirak etmişdir.
1927-ci ildən Özbəkistan Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1929-1931-ci illərdə Özbəkistan Dövlət Dram Teatrının studiyasında oxumuşdur.
Əsasən, romantik, psixoloji və satirik obrazlar yaratmışdır.
Sov.İKP-nın üzvü idi.
15 avqust 1987-ci ildə Daşkənd şəhərində vəfat etmişdir. Daşkənddəki Çiqatay qəbiristanlığında dəfn edilmişdir.
Mükafatları Şükür Bürhanov SSRİ-nin və Özbəkistan SSR-nin bir sıra mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır: Özbəkistan SSR xalq artisti (1940); "Qırmızı əmək bayrağı" ordeni (1945); "Şərəf nişanı" ordeni (1951); SSRİ xalq artisti (1959); Həmzə adına Özbəkistan SSR Dövlət mükafatı laureatı (1965); Lenin ordeni (1970); "Oktyabr inqilabı" ordeni (1980).
Tamaşalardakı rolları Kamil Yaşenin “Namus və məhəbbət” tamaşasında "Qulam" rolunda; Həmzənin “Bəy və muzdur” tamaşasında "Qafur" rolunda; Nazim Hikmətin “Məhəbbət əfsanəsi” tamaşasında "Fərhad" rolunda; Məqsud Şeyxzadənin “Mirzə Uluqbəy” tamaşasında "Uluqbəy" rolunda; Uilyam Şekspirin “Hamlet” tamaşasında "Hamlet" rolunda; Anton Çexovun “Vanya dayı” tamaşasında "Voynitski" rolunda.
Filmoqrafiya “Tahir və Zöhrə” (1945); "İlya Muromets” (1956); “Asiya üzərində tufan” (1965); “İnqilab süvariləri” (1968); “Qara konsulun məhvi” (1971); “Azərbaycanfilm”in istehsal etdiyi “Qızılqaz” (1972) – Ağabala rolundaBu Azərbaycan filminin ssenaristi ölü tapıldı - “Naməlum kino” . kulis.lent.az, 14.09.2016 ; “Yaxın və uzaq illər” (1976).
Xatirəsi Şükür Bürhanovun xatirəsinə "Xalq artisti Şükür Bürhanov" adlı film çəkilmişdir.
İstinadlar
Xarici keçidlər
Узбекский кинематограф СССР — Шукур Бурханов
Kateqoriya:Özbəkistan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Özbəkistan SSR xalq artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr aktyorları