Anna Xanım və ya Anna Bəyim (; ) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Səfəvi hökmdarı olacaq II Şah Abbasın (1642–1666) anası.

Həyatının erkən dövrü Anna Xanım çərkəz kökənlidir.Newman 2008, pp. 81, 186Babaie et al. 2004, pp. 161–162 O, I Şah Abbasın oğlu Məhəmməd Baqir Mirzənin böyük oğlu Sam Mirzə (I Şah Səfi) ilə evləndirilmişdir. Bu izdivacdan da gələcək Səfəvi hökmdarı II Şah Abbas dünyaya gəlmişdir.Newman, Andrew J. (April 21, 2006). Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. p. 81. ISBN 978-1-860-64667-6.

Şah anası kimi I Şah Səfinin ölümündən sonra 1642-ci ildə oğlu II Şah Abbas taxta çıxdı. Onun hakimiyyətinin ilk 3 ilində Sarı Tağı xan, Məhəmməd Əli xan, Canı xan Anna Xanımın rəhbərliyində birləşərək dövləti idarə etdi.Matthee 2012, p. 43 Sarı Tağı xan baş vəzir vəzifəsini tutdu. Amma bu fraksiyada əsas söz sahibi Anna Xanım idi.Babayan, Kathryn (1993). The waning of the Qizilbash: the spiritual nd the temporal. Princeton University. p. 123 Bu zaman Səfəvi imperiyasına səfər edən fransız zərgər və səyahətçi Jan Şarden bunu öz gündəliyində belə qeyd etmişdi:Babaie et al. 2004Babaie et al. 2004, p. 44.

Sarı Tağı xan Canı xan tərəfindən öldürüldü. Gümanki onu bu işə öz regentlərindən qurtulmaq istəyən II Şah Abbas təşviq etmişdi. Anna Xanım buna çox qəzəbləndi və hərəmin ən yaşlı xədimlərindən birini göndərərək, Canı xanı yanına çağırdı və Sarı Tağı xanın niyə öldürüldüyünü izah etməyi tələb etdi. Canı xan Sarı Tağı xanı it və oğru adlandırdı və Anna Xanımın özünü də təhqir etdi. Sui-qəsdin ardından Canı xan özü də xəyanətə məruz qaldı. Canı xan Şahın şəxsi şərab süzəni Səfi Qulu bəy tərəfindən süi-qəsdə məruz qaldı. Bu hadisənin arxasında II Şah Abbasın özünün taxtdan devriləcəyindən qorxan Anna Xanımın dayandığı ehtimal edilir.Babayan 2002, p. 385.

Gördüyü işlər Anna Xanım paytaxt İsfahanın əsas hissəsi olan Abbasabad bölgəsində xeyli məscid və məktəbin tikilməsinin əsas təşəbbüskarı olmuşdur.Newman 2008, p. 100.Babaie et al. 2004, p. 162.

Ölümü Anna Xanım 1647-ci il, 9 sentyabrda İsfahanda ölmüşdür.Babayan 2002, p. 402.

İstinadlar

Kateqoriya:1647-ci ildə vəfat edənlər Kateqoriya:Səfəvilər Kateqoriya:Səfəvi şahlarının xanımları