II Bernhard Erik Frond (; ) — Saksen-Mayninqen hersoqu.
Həyatı 17 dekabr 1800-cü ildə Mayninqendə dünyaya gəldi. Atası Saksen-Mayninqen hersoqu I Georq, anası isə Hohenlohlu Luiza Elyanoradır. Hələ 3 yaşında ikən atası vəfat etdi və onun yeganə oğlu kimi taxta çıxarıldı. Azyaşlı olması səbəbilə anası naibə seçildi və bu vəzifəni 1821-ci ilədək davam etdirdi.
23 mart 1825-ci ildə Kasseldə Prussiya kralı II Fridrix Vilhelmin nəvəsi Mariya Frederika ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
II Georq (1826-1914) Avqusta Luiza (1843-1919)
17 noyabr 1826-cı ildə imzalanan sazişlə, ailədaxili torpaq bölgüsü yenidən təsnifləndi və II Bernhard Zaafeld və Hildburqhauzen şəhərlərinin idarəsini ələ aldı.
1848-ci il inqilabları əsnasında taxt-tacını qoruyan nadir monarxlardan biri oldu. 1850-ci ildən etibarən Prussiya ordusunun tərkibində xidmət etdi və 1859-cu ildə piyada birlikləri generalı rütbəsinə yüksəldi.
Ancaq Şimali Alman İttifaqına qoşulmaqdan boyun qaçırdı. Nəticədə Prussiya qoşunları 19 sentyabr 1866-cı ildə bölgəyə ordu yeritdi və ertəsi gün II Bernhard oğlunun lehinə taxtdan çəkilməyə məcbur oldu. Qalan illərini sadə vətəndaş kimi yaşamağına icazə verildi. Səltənəti boyunca oğlunu siyasətdən və dövlət idarəsindən uzaq tutdu. Bu səbəblə, oğluyla münasibətləri yaxşı deyildi. Oğlunun 1873-cü ildə aktrisa Ellen Fransla qeyri-monarxial olaraq evlənməsinin ardından oğlunun taxtdan uzaqlaşdırılması üçün Alman kayzeri I Vilhelmə müraciət etsə də, bu müraciəti geri çevrildi.
3 dekabr 1882-ci ildə Mayninqendə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Johann Matthäus Bechstein, Joh. von Vierling: Lebensgeschichte Herzog Georg’s des Unvergeßlichen. In: Herzoglich S. Coburg-Meiningisches jährliches gemeinnütziges Taschenbuch, … Meiningen 1803. Ludwig Hertel: Meiningische Geschichte von 1680 bis zur Gegenwart (= Schriften des Vereins für Sachsen-Meiningische Geschichte und Landeskunde. Heft 47, = Neue Landeskunde des Herzogtums Sachsen-Meiningen. Heft 10). Gadow & Sohn, Hildburghausen 1904, Digitalisat. Herta Müller: Georg I. Herzog von Sachsen Meiningen. In: Detlef Ignasiak (Hrsg.): Herrscher und Mäzene. Thüringer Fürsten und Hermenefred bis Georg II. Rudolstadt 1994. Andrea Jakob: Herzog Georg I. von Sachsen-Meiningen: Ein Präzedenzfall für den aufgeklärten Absolutismus. Meininger Museen, ISBN 3-910114-06-7.
İstinadlar
Kateqoriya:XIX əsr şəxsləri Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar