Məşədiqaralar — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Kənd Gəncə-Qazax düzənliyindədir. Bəzən Qaraməşədilər də adlanır. Yerli məlumata görə, kəndi vaxtilə Türkiyədən gəlmiş Məşədi Qara adlı şəxs saldığına görə onun nəslinin adı ilə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 620 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri