thumb|291x291px|Qara dəliklərin orbiti və birləşməsi zamanı cazibə qüvvəsinin təsirilə fəza-zamanın təhrifini göstərən GW150914-ün birləşməsinin video simulyasiyası Nisbilik nəzəriyyəsi — təbiətdə baş verən fiziki proseslərin məkan və zaman xassələrinin fundamental nəzəriyyəsi. Bu nəzəriyyə, adətən, Albert Eynşteynin bir-biri ilə əlaqəli iki nəzəriyyəsini: xüsusi və ümumi nisbiliyi əhatə edir.Einstein A. (1916), Relativity: The Special and General Theory (Translation 1920), New York: H. Holt and Company Xüsusi nisbilik nəzəriyyəsi qravitasiya qüvvəsinin iştirak etmədiyi bütün fiziki hadisələrə aiddir. Ümumi nisbilik nəzəriyyəsi cazibə qanunu və onun digər təbiət qüvvələri ilə əlaqəsini izah edir. O astronomiya da daxil olmaqla kosmologiya və astrofizika sahəsinə aiddir.Will, Clifford M (2010). "Relativity". Grolier Multimedia Encyclopedia. 21 may 2020 tarixində orijinaldan arxivləşdirilib.
Nəzəriyyə 20-ci əsrdə nəzəri fizika və astronomiyanı dəyişdirərək, ilk növbədə İsaak Nyutonun yaratdığı 200 illik mexanika nəzəriyyəsinin yerini aldı.Will, Clifford M (2010). "Space-Time Continuum" . Grolier Multimedia Encyclopedia.Will, Clifford M (2010). "Fitzgerald–Lorentz contraction" . Grolier Multimedia Encyclopedia. O fəza və zamanın vahid varlığı kimi 4-ölçülü fəza-zaman, eynivaxtlılığın nisbiliyi, kinematik və qravitasional zaman yavaşlanması və uzunluğun qısalması kimi anlayışları təqdim etdi.
Fizika sahəsində nisbilik, nüvə əsrinin başlanğıcını qoymaqla yanaşı elementar hissəciklər və onlar arasındakı fundamental qarşılıqlı təsirlər haqqındakı elmin təkmilləşməsinə də səbəb oldu. Nisbilik nəzəriyyəsinin köməyilə kosmologiya və astrofizika neytron ulduzları, qara dəliklər və qravitasiya dalğaları kimi qeyri-adi astronomik hadisələri proqnozlaşdırdı.
Elmi ictimaiyyət tərəfindən qəbulu Albert Eynşteyn 1905-ci ildə Albert A. Maykelson, Hendrik Lorens, Anri Puankare və başqalarının əldə etdiyi bir çox nəzəri və empirik nəticələrə əsaslanaraq xüsusi nisbilik nəzəriyyəsini nəşr etdirdi. Maks Plank, Herman Minkovski və b. sonrakı tədqiqatlarla məşğul oldular.
Eynşteyn 1907–1915-ci illər arasında ümumi nisbilik nəzəriyyəsini inkişaf etdirdi, 1915-ci ildən sonra başqalarının da töhfəsi oldu. Ümumi nisbilik nəzəriyyəsinin son forması 1916-cı ildə nəşr olundu.
"Nisbilik nəzəriyyəsi" ifadəsi 1906-cı ildə Plankın nəzəriyyədə nisbilik prinsipindən necə istifadə edildiyini vurğulayan "nisbi nəzəriyyə" (almanca: Relativtheorie) ifadəsinə əsaslanırdı. Həmin məqalənin müzakirə bölməsində Alfred Buxerer ilk dəfə olaraq "nisbilik nəzəriyyəsi" ifadəsini işlətmişdir (almanca: Relativitätstheorie).
1920-ci illərdə xüsusi nisbilik nəzəriyyəsi fizika ictimaiyyəti tərəfindən anlaşıldı və qəbul edildi. O sürətlə atom fizikası, nüvə fizikası və kvant mexanikasının yeni sahələrində nəzəriyyəçi və eksperimentalistlər üçün əhəmiyyətli və zəruri bir vasitəyə çevrildi.
Müqayisə zamanı ümumi nisbilik nəzəriyyəsi Nyutonun cazibə nəzəriyyəsinin proqnozlarına kiçik düzəlişlər etməkdən başqa, o qədər də faydalı görünmürdü. Belə görünür ki, o eksperimental sınaq üçün az potensial təklif edirdi, çünki iddialarının əksəriyyəti astronomik miqyasda idi. Onun arxasındakı riyaziyyat yalnız az sayda insan üçün tam başa düşülən idi. Təxminən 1960-cı illərdə ümumi nisbilik nəzəriyyəsi fizika və astronomiya üçün mərkəzi mövqedə durmağa başladı. Ümumi nisbiliyə tətbiq edilən yeni riyazi üsullar hesablamaları asanlaşdırdı və onun anlayışlarını daha asan vizuallaşdırdı. Kvazarlar (1963), 3-kelvin mikrodalğalı fon radiasiyası (1965), pulsarlar (1967) və ilk qara dəlik namizədləri (1981) kimi astronomik hadisələr kəşf olunduqca, nəzəriyyə onların atribut və ölçümlərini izah etdi və bunlara əlavə olaraq nəzəriyyəni daha da təsdiqlədi.
Xüsusi nisbilik Xüsusi nisbilik fəza-zamanın strukturuna dair nəzəriyyədir. Bu nəzəriyyə Eynşteynin 1905-ci ildə dərc etdirdiyi "Hərəkət edən cisimlərin elektrodinamikasına dair" məqaləsində önə sürülmüşdür. Xüsusi nisbilik nəzəriyyəsi klassik mexanikada bir-birinə zidd olan iki postulata əsaslanır:
Bir ətalət hesablama sistemindən digərinə keçdikdə fiziki hadisələri təsvir edən qanunlar dəyişmir (nisbilik prinsipi) İşığın vakuumda yayılma sürəti mənbənin və qəbuledicinin hərəkət sürətindən asılı olmayaraq sabitdir (işıq sürətinin invariantlığı prinsipi).
Yekun nəzəriyyə klassik mexanika ilə müqayisədə təcrübəylə daha yaxşı uzlaşır. Məsələn, 2-ci postulat Maykelson-Morli təcrübəsinin nəticələrini izah edir. Üstəlik, nəzəriyyənin bir çox təəccübləndirici və əks-intuitiv nəticələri var. Bunlardan bəziləri:
Eynivaxtlılığın nisbiliyi: Əgər müşahidəçilər nisbi hərəkətdədirlərsə, bir müşahidəçi üçün eyni vaxtda baş verən iki hadisə digər müşahidəçi üçün eyni vaxtda olmaya bilər. Zamanın yavaşlaması: Hərəkət edən saatlardakı zaman müşahidəçinin "stasionar" saatdakından daha yavaş ötür. Uzunluğun qısalması: Hərəkət edən cisimlərin hərəkət istiqamətində ölçüləri qısalır. Maksimum sürət sonludur: Heç bir fiziki obyekt, informasiya və ya sahənin qüvvə xətləri vakuumda işıq sürətindən daha sürətli ötürülə bilməz.
▸Cazibə qüvvəsinin təsiri fəzada yalnız işıq sürəti ilə ötürülə bilər, daha sürətli və ya ani olaraq deyil.
Kütlə-enerji ekvivalentliyi: E=mc2, enerji və kütlə ekvivalentdir və biri digərinə çevrilə bilər. Relyativistik kütlə. Hərəkətdə olan cismin kütləsidir.
Xüsusi nisbilik nəzəriyyəsinin təyinedici özəlliyi klassik mexanikadakı Qaliley çevirmələrinin Lorens çevirmələri ilə əvəzlənməsidir. (bax: Maksvell tənlikləri)
Ümumi nisbilik Ümumi nisbilik 1907–1915-ci illərdə Eynşteyn tərəfindən işlənib hazırlanmış cazibə nəzəriyyəsidir. Ümumi nisbilik nəzəriyyəsinin inkişafı ekvivalentlik prinsipindən başlamışdır ki, bu prinsipdə təcilli hərəkət və qravitasiya sahəsindəki sükunət halları (məsələn, Yer səthində dayanma) fiziki baxımdan eynidir.
Bunun nəticəsi sərbəst düşmənin ətalətli hərəkət olmasıdır: müəyyən hündürlükdən sərbəst buraxılan cisim düşür, çünki cisimlər klassik mexanikada olduğu kimi cazibə qüvvəsi hesabına deyil, onlara heç bir qüvvə təsir etmədikdə belə hərəkət edirlər. Bu, klassik mexanika və xüsusi nisbilik nəzəriyyəsi ilə bir araya sığmır, çünki bu nəzəriyyələrdə ətalətlə hərəkət edən cisimlər bir-birinə nəzərən təcil ala bilməz, lakin sərbəst düşən cisimlər bunu edir. Bu çətinliyi həll etmək üçün Eynşteyn əvvəlcə fəza-zamanın əyri olduğunu təklif etdi. 1915-ci ildə o, fəza-zamanın əyriliyini kütlə, enerji və onun daxilindəki hər hansı impulsla əlaqələndirən Eynşteyn sahə tənliklərini işləyib hazırladı.
Ümumi nisbilik nəzəriyyəsinin bəzi nəticələri bunlardır:
Qravitasional zaman ləngiməsi: Daha dərin qravitasiya çuxurlarında saatlar daha yavaş işləyir., Lecture 5 Presessiya: Nyutonun cazibə nəzəriyyəsində orbitlər gözlənilməz şəkildə presessiyaya məruz qalır. (Bu Merkurinin orbiti və ikili pulsarda müşahidə edilmişdir). İşığın əyilməsi: İşıq şüaları qravitasiya sahəsinin təsirilə əyilir. Hesablama sisteminin sürüklənməsi: Fırlanan kütlələr öz ətraflarındakı fəza-zamanı "sürükləyir". Fəzanın metrik genişlənməsi: Kainat genişlənir və onun uzaq hissələri işıq sürətindən daha böyük sürətlə bizdən uzaqlaşır.
Texniki cəhətdən ümumi nisbilik qravitasiya nəzəriyyəsidir və onun təyinedici xüsusiyyəti Eynşteyn sahə tənliklərindən istifadə etməsidir.
Sahə tənliklərinin həlli fəza-zamanın topologiyasını və obyektlərin ətalətlə necə hərəkət etdiyini müəyyən edən metrik tenzorlardır.
Eksperimental sübutlar Eynşteyn nisbilik nəzəriyyəsinin "prinsip-nəzəriyyələr" sinfinə aid olduğunu bildirdi. Beləliklə, o, analitik metoddan istifadə edir, yəni bu nəzəriyyənin elementləri fərziyyəyə deyil, empirik kəşfə əsaslanır. Təbii prosesləri müşahidə etməklə biz onların ümumi xüsusiyyətlərini başa düşürük, müşahidə etdiyimizi təsvir etmək üçün riyazi modellər qurur və analitik vasitələrlə təmin edilməli olan zəruri şərtləri çıxarırıq. Ayrı-ayrı hadisələrin ölçülməsi bu şərtləri təmin etməli və nəzəriyyənin nəticələrinə uyğun olmalıdır.
Xüsusi nisbiliyin eksperimental təsdiqi thumb|Maykelson-Morli təcrübəsinin sxemi Nisbilik nəzəriyyəsi yanlışlana bilən bir nəzəriyyədir: Təcrübə ilə yoxlanıla bilən proqnozlar verir. Xüsusi nisbilik vəziyyətində bunlara nisbilik prinsipi, işıq sürətinin sabitliyi və zamanın yavaşlanması daxildir. Xüsusi nisbilik nəzəriyyəsi Eynşteyn 1905-ci ildə məqaləsini dərc etdikdən sonra çoxsaylı sınaqlarla təsdiqləndi, lakin 1881–1938-ci illər arasında aparılan üç təcrübə onun təsdiqi üçün çox vacib idi. Bunlar Maykelson-Morli, Kennedi-Torndik və Ives-Stilvell təcrübələridir. Eynşteyn 1905-ci ildə ilk prinsiplərdən Lorens çevirmələrini əldə etdi, lakin bu üç təcrübə çevirmələri eksperimental sübutlardan istifadə etməklə irəli sürməyə imkan verir. Maksvell tənlikləri — klassik elektromaqnetizmin əsası — işığı xarakterik sürətlə hərəkət edən dalğa kimi təsvir edir. Müasir fikir budur ki, işığın ötürülməsi üçün mühitə ehtiyac yoxdur, lakin Maksvell və onun müasirləri əmin idilər ki, işıq dalğaları havada yayılan səsə və gölməçənin səthində yayılan dalğalara bənzər bir mühitdə yayılır. Bu hipotetik mühit "tərpənməz ulduzlara" nəzərən sükunətdə olan və Yerin içindən keçdiyi işıqlı efir adlanır. Frenelin efirin qismən sürüklənməsi fərziyyəsi birinci dərəcəli (v/c) effektlərin ölçülməsini istisna edirdi və ikinci dərəcəli təsirlərin (v2/c2) müşahidələri prinsipcə mümkün olsa da, Maksvell onların o zamankı mövcud texnologiya ilə təsbit ediləməyəcək qədər kiçik olduğunu düşündü.
Maykelson-Morli təcrübəsi "efir küləyi"nin ikinci dərəcəli təsirlərini — efirin yerə nəzərən hərəkətini aşkar etmək üçün planlaşdırılmışdı. Maykelson bunu həyata keçirmək üçün bu gün Maykelson interferometri adlandırdığımız cihazı hazırladı. Aparat gözlənilən effektləri aşkar etmək üçün kifayət qədər dəqiq idi, lakin o 1881 və 1887-ci ildə (təkrarən) aparılan ilk təcrübələr zamanı heç bir nəticə əldə etmədi. Efir küləyinin aşkar edilməməsi məyusluq yaratsa da, nəticələr elmi ictimaiyyət tərəfindən qəbul edildi. Efir paradiqmasını xilas etmək cəhdi olaraq, FitsCerald və Lorens müstəqil olaraq ad hoc fərziyyə yaratdılar ki, bu fərziyyədə maddi cisimlərin uzunluğu onların efir vasitəsilə hərəkətinə görə dəyişir. Bu FitsCerald-Lorens qısalmasının mənşəyi idi və onların fərziyyəsinin nəzəri əsası yox idi. Maykelson-Morli təcrübəsinin nəticəsizliyinin şərhi ondan ibarətdir ki, işığın gediş-gəliş vaxtı izotropdur (istiqamətdən asılı olmayaraq), lakin təkcə nəticə efir nəzəriyyəsini inkar etmək və ya xüsusi nisbiliyin proqnozlarını təsdiqləmək üçün kifayət deyil. left|thumb|Kennedi-Torndik təcrübəsinin sxemi Maykelson-Morli təcrübəsi işıq sürətinin izotrop olduğunu göstərsə də, müxtəlif ətalət hesablama sistemlərində sürətin qiymətcə necə dəyişməsi (əgər varsa) barədə heç nə demirdi. Kennedi-Torndik təcrübəsi bunu etmək üçün planlaşdırıldı və ilk dəfə 1932-ci ildə Roy Kennedi və Edvard Torndik tərəfindən həyata keçirildi. Onlar heç bir nəticə əldə etmədilər və belə qərara gəldilər ki, "günəş sisteminin fəzadakı sürəti onun orbitindəki yerin sürətinin təxminən yarısından çox olmasa, heç bir təsir yoxdur …". Bu ehtimalın məqbul izahat vermək üçün çox təsadüfi olduğu düşünülürdü, buna görə də onların təcrübəsinin sıfır nəticəsindən belə qərara gəlindi ki, işığın gediş-gəliş müddəti bütün ətalət hesablama sistemlərində eynidir.
İves-Stilvell təcrübəsi Herbert İves və G. R. Stilvell ilk dəfə 1938-ci ildə və daha yaxşı dəqiqliklə 1941-ci ildə həyata keçirilmişdir. O, 1905-ci ildə Eynşteyn tərəfindən proqnozlaşdırılan eninə Dopler effektini — işığın hərəkət edən mənbədən onun sürətinə perpendikulyar istiqamətdə qırmızıya sürüşməsini yoxlamaq üçün nəzərdə tutulmuşdu. Strategiya, müşahidə edilən Dopler sürüşmələrini klassik nəzəriyyənin proqnozları ilə müqayisə etmək və Lorens əmsalının düzəlişini axtarmaqdan ibarət idi. Belə bir düzəliş müşahidə edildi və ondan belə nəticəyə gəlindi ki, hərəkət edən atom saatının tezliyi xüsusi nisbilik nəzəriyyəsinə uyğun olaraq dəyişir.