Teymur Əmrah (Teymur Həşim oğlu Əmrahov; ) — Azərbaycanın klassik estrada müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
Həyatı Teymur Əmrah 8 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. İncəsənət gimnaziyasının vokal sinfi üzrə Sergey Zarenbonun sinfini bitirib. İlk müəllimləri Gəncə şəhər Uşaq yaradıcılıq evində görkəmli musiqişünas Oqtay Nağıyev, Ağdam rayonu Uşaq yaradıcılıq evinin məşhur "Qarabağ bülbülləri" ansamblının rəhbəri Murad Rzayev, Gəncə şəhər 6 nömrəli klubun direktoru Kifayət Əmirova olmuşlar.
1990-cı ildə Bakı Musiqi Akademiyasının Vokal sinfinə daxil olub. Burada görkəmli Opera müğənnisi Firudin Mehdiyevdən, Aktyor sənətindən Teatr və Kino aktrisası Şəfiqə Məmmədovadan dərs alıb.
1994-cü ildə indiki Heydər Əliyev adına Sarayda Solo konsert keçirib.
2005-ci ildə Azəristar layihəsinin Vokal müəllimi kimi fəaliyyət göstərib.
2020-ci ildə Heydər Əliyev adına Sarayda "Bu dünya bir nərdivandı" adlı solo konserti keçirilib.
Fəaliyyəti Müxtəlif illərdə Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində mahnı janrından dərs demişdir. Uzun illər Azərbaycan Dövlət Mahnı Teatrında Solist kimi fəaliyyət göstərmişdir. Ölkənin bir çox tanınmış müğənniləri tələbəsi olmuşdur.
Hal-hazırda Azərbaycan Televiziyası və Radiosunun solistidir.
Mükafat və təltifləri Azərbaycan Respublikasının əməkdar artisti — 14 sentyabr 2012.
İstinadlar
Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycanın kişi müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri